2020-03-17
DİQQƏT!!! BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARINN NƏZƏRİNƏ!

KONSULLUQ QEYDİYYATI

Əziz Həmvətənlərimiz,

Bildiyiniz kimi dünyada yayılmaqda davam edən yeni tip koronavirus (COVİD-19)-un əhatə dairəsi təəssüflər olsun ki, hər gün daha da genişlənməkdədir. Vətəndaşlarıımızdan Ümumdünya Səhiyyə Təşkilatının (WHO) və Britaniya Milli Səhiyyə Xidmətinin (NHS)  məsələ ilə əlaqədar tələb olunan gigiyena qaydalarına  ciddi riayət etmələrini xahiş edirik.

Həmçinin məsələnin ciddiyətini nəzərə alaraq Birləşmiş Krallıqda yaşayan bütün Azərbaycan Respublikası vətəndaşlarını təcili olaraq KONSULLUQ QEYDİYYATINDAN  keçmələrinin vacib olduğunu bildiririk.

Konsulluq qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur.

ƏRİZƏ ANKET  (tam şəkildə və aydın doldurulmasına diqqət edin)

Etibarlı Azərbaycan Respublikası pasportu

Britaniyada qalma əsasını təsdiq edən sənəd – UK visa, BRP və s.

Ünvanı təsdiq edən sənəd (utility bill, bank statement, mobile number contract etc)

Qeyd olunan sənədləri poçt vasitəsi ilə və ya konsulluğa yaxınlaşaraq müraciət edə bilərsiniz.

Poçt vasitəsi ilə göndərilən zaman, öncədən ödənilmiş və üzərində ünvanınız qeyd edilmiş zərfi əlavə etməyi unutmayın.

Qeyd edək ki, gələcəkdə xüsusi tədbirləin görülməsinə zərurət yaranarsa, bu müddət ərzində konsulluq qeydiyyatına düşmüş şəxslər öncəlik sahibi olacaqdır.

 

Hörmətlə,

Azərbaycan Respublikasının Böyük Britaniya
 və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi.

back news prev news