2020-03-15
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə sürətlə yayılması müşahidə edilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etmişdir.

Bununla əlaqədar, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Republikasında, İslandiya Respublikasında və Danimarka Krallığında yaşayan Azərbaycan vətəndaşlarına koronavirusdan effektiv şəkildə qorunmaq üçün Ümumdünya Səhiyə Təşkilatı, Azərbaycan, eləcə də Britaniya hökumətinin(yaşadığınız ölkənin) yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi tövsiyə olunur. Azərbaycan və Britaniya hökumətlərinin  bu xüsusda yaydığı rəsmi məlumatlara aşağıdakı saytlarda keçid almaq olar:

https://cabmin.gov.az/az/article/713/

https://www.gov.uk/government/topical-events/coronavirus-covid-19-uk-government-response

https://www.nhs.uk/conditions/coronavirus-covid-19/

Əməkdaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı diplomatik nümayəndəliyi 16.03.2020 tarixindən etibarən xüsusi iş rejimində fəaliyyət göstərəcəkdir.

KONSULLUQ ŞÖBƏSİ

Konsulluq sahəsində çalışan əməkdaşlar və qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə səfirliyin konsulluq şöbəsi də xüsusi iş rejimində fəaliyyət göstərəcəkdir. Bununla əlaqədar olaraq, bütün konsulluq müraciətlərinin yalnız azeconsular@btconnect.com email ünvanı vasitəsi ilə edilməsi vacibdir. Yalnız zərurət yarandığı təqdirdə görüş vaxtı təyin olunmaqla müraciət edən şəxslər konsulluğa dəvət alacaqlar.

Bu xüsusda əlavə məlumatların əldə edilməsi üçün AR-in Britaniyadakı səfirliyinin internet səhifəsini mütəmadi olaraq izləməyiniz tövsiyə olunur.

Due to current outbreak of coronavirus (COVID-19) Embassy of the Republic of Azerbaijan in Great Britain and Northern Ireland as well as its Consular section will start working in a special mode starting from March 16, 2020 to protect both the Embassy staff and its visitors.

In this respect, we advise that all consular enquiries are addressed to the email address: azeconsular@btconnect.com. Only on necessity  we will make an appointment and accept applicants at the consular section.

Please follow the website of Embassy for further notices.

back news prev news