2016-09-22
Cari ilin 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamına əsasən, cari ilin 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının London və əhatə dairəsində yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının London şəhərindəki Səfirliyində seçki məntəqəsi yaradılmışdır.

Konsulluq qeydiyyatında olan hər bir vətəndaş ümumxalq səsverməsində (referendum) iştirak edə bilər.

 

 

back news prev news