Declaration of foreign citizenship

Xarici dövlətin vətəndaşlığının əldə edilməsi barədə məlumat / Notification about the acquisition of foreign citizenship

 

Tələb olunan sənədlərin siyahısı / List of the required documents:

 

  1. ƏRİZƏ ANKET(yükləyin) - APPLİCATİON FORM (click to download)
    • Ərizə-anketə 1(bir) ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkil əlavə olunmalıdır

1.1 Please attach one passort size 3.5x4.5  photo to your application

  1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti / Copy of the passport of the Republic of Azerbaijan
  2. Vətəndaşlığını qəbul etdiyiniz xarici dövlətin pasportunun surəti / Copy of the passport of accepted foreign citizenship.

Qeyd: Sənədin qəbulunun təsdiqi barədə arayış almaq istəyən vətəndaşlar ödənilimiş və üzərində ünvanını qeyd edilmiş zərfi sənədlərinə əlavə etməlidir.

Note: If you would like to receive confirmation of acceptance, please provide us prepaid self-addressed envelope. 

Sənədlər poçt vasitəsi ilə və ya konsulluğa yaxınlaşaraq şəxsən təqdim oluna bilər.   Application accepted either by post or in person at the consular section.

Səfirlik(və ya Konsulluq) sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itməsinə və zədələnməsinə görə məsuliyyət daşımır.

The Embassy of Azerbaijan (or Consular Section of the Embassy) is not responsible for the loss of or damage to the documents during shipping.

İSTİNAD:

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq q ə r a r a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:

  1. 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
    “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
  2. 6-cı maddənin 1-ci bəndi ləğv edilsin.
  3. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”.

  1. 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
  2. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı

Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.”.

  1. 15-ci maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci” sözü ilə əvəz edilsin.
  2. 17-ci maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilsin.
  3. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

  • Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
  • Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
  • Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
  • Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.”.

Maddə 2. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 may 2014-cü il
№ 973-IVQD

 

http://www.meclis.gov.az/?/az/legislation/view/2658