Notarial issues

ETİBARNAMƏ / ƏRİZƏ (İMZA HƏQİQİLİYİNİN TƏSDİQİ)

Tələb olunan sənədlər:

  • Vətəndaş tərəfindən öncədən tərtib olunmuş etibarnamə/ərizə mətni (şəhər və tarix qeyd olunma şərti ilə, mətnin məzmunu Azərbaycan Respublkasında təqdim olunacağı orqan və ya müəssisə ilə öncədən dəqiqləşdirilsin )
  • Etibar edən şəxsin/ərizəçinin etibarlı Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli
  • Səfirlikdə ödəniləcək dövlət rüsumu – 50 (əlli) £

QEYDLƏR:

  • Eibarnamə/ərizə mətninin məzmununa görə Səfirlik məsuliyyət daşımır (Səfirlik tərəfindən yalnız vətəndaşın imzasının həqiqiliyi təsdiqlənir)
  • İcra müddəti – 3 iş gününə qədər
  • Vətəndaş yuxarıda sadalanan sənədlər ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir.
  • Qeyd olunan əməliyyatların poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

TƏRCÜMƏNİN TƏSDİQİ

Tələb olunan sənədlər:

  • Tərcümə olunacaq sənədin əsli
  • Sənədin öncədən tərtib olunmuş tərcüməsi
  • Sənədləri təqdim edən vətəndaşın Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli

  • Səfirlikdə ödəniləcək dövlət rüsumu: tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün): - xarici dillərdən- 18 (on səkkiz) £, xarici dillərə isə- 35 (otuz beş) £
  • İcra müddəti – 3 iş gününə qədər

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (pre-paid envelope). Zərfin üzərinə ünvanınızı qeyd etməyə unutmayın. Dövlət rüsumunun ödənişi “bank cheque” (payable to the Embassy of Azerbaijan) və ya “postal order” (payable to the Embassy of Azerbaijan) vasitəsi ilə həyata keçirilir.

QEYD: Poçt vasitəsi ilə göndərilən sənədlərin rəsmiləşdirilməsi üçün ödəniləcək dövlət rüsumu nəğd şəklində Səfirlik tərəfindən qəbul olunmur.

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

QEYD: Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan müraciət edən şəxsə geri qaytarılacaqdır.

SƏNƏDİN SURƏTİNİN TƏSDİQİ

Tələb olunan sənədlər:

  • Surəti təsdiq olunacaq sənədin əsli
  • Sənədləri təqdim edən vətəndaşın Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli
  • Səfirlikdə ödəniləcək dövlət rüsumu - 18 (on səkkiz) £
  • İcra müddəti – 3 iş gününə qədər

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (pre-paid envelope). Zərfin üzərinə ünvanənızı qeyd etməyə unutmayın. Dövlət rüsumunun ödənişi “bank cheque” (payable to the Embassy of Azerbaijan) və ya “postal order” (payable to the Embassy of Azerbaijan) vasitəsi ilə həyata keçirilir.